İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda 2026–2027-ci illərin payız-qış mövsümü üçün mövsümi qripə qarşı vaksinasiyaya oktyabrın 21-dən başlanılır.
Səhiyyə Nazirliyi tərəfindən ölkəyə qripə qarşı vaksinlər gətirilib.
Peyvənd olunması xüsusilə səhiyyə işçilərinə, hamilə qadınlara və 6 aydan yuxarı, xroniki tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərə tövsiyə edilir.
