İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artıb.
Azərbaycan Mərkəzi Bankının yarımillik “Maliyyə sabitliyi hesabatı”na əsasən, bu il iyulun 1-nə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 18,7 faiz təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.
Hesabatda qeyd olunub ki, əhalinin sərəncamında qalan gəlirləri artsa da, borc öhdəliklərinin həmin gəlirlərdəki payı yüksəlməkdə davam edir.
Mərkəzi Bank əhalinin borc yükündə baş verən dəyişiklikləri diqqətdə saxlayır.
