“Azəriqaz” İstehsalat Birliyi Samux rayonunun kəndlərində payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, qurum tərəfindən rayon ərazisində qaz xətlərinin texniki vəziyyətinin yaxşılaşdırılması, köhnə və istismar müddəti başa çatmış boruların yenilənməsi istiqamətində tədbirlər görülür. Eyni zamanda, qaz təchizatının dayanıqlılığını təmin etmək məqsədilə tənzimləyici qurğuların yoxlanılması və profilaktik baxışlar həyata keçirilir.
Görülən işlər çərçivəsində kənd yaşayış məntəqələrində abonentlərin fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunması əsas prioritet kimi müəyyən edilib. Qurum rəsmiləri bildirirlər ki, payız-qış mövsümündə mümkün nasazlıqların qarşısını almaq üçün hazırlıq tədbirləri mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, bu cür profilaktik və yenidənqurma işləri regionlarda qaz infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir.
