“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən olunacaq.
Bundan əlavə, dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanlar, həm də təhsilverənlər müəyyən edilmiş geyim qaydalarına riayət etməlidirlər.
Eyni zamanda, dövlət başçısı “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 7 iyul 2026-cı il tarixli 434-VIIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqini təmin etmək məqsədilə müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, qeyd olunan geyim tələblərini müəyyən edən qurum kimi Nazirlər Kabineti müəyyən edilir.
