İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Cəlilabad rayon sakini olan 21 yaşlı gənc 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğu üçün cinayət məsuliyyətinə cəlb olunub.
Məlumata görə, o, 14 yaşı tamam olmuş, lakin 16 yaşı tamam olmamış qızla münasibətdə olub. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxs barəsində məhkəmə qərarı çıxarılıb. Qərara əsasən, o, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, zərərçəkmiş qızın anası ifadəsində oğlana qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib. Həmçinin oğlanın ailə üzvləri qızın 18 yaşı tamam olduqdan sonra rəsmi nikahın bağlanacağını bildirib.
Cəlilabadda azyaşlı ilə münasibətdə olan şəxs həbs edilib
Şərh edilməmiş
