By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Özbəkistan nümayəndə heyəti Kəlbəcər və Gəncədə olub
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Özbəkistan nümayəndə heyəti Kəlbəcər və Gəncədə olub
Dünya

Özbəkistan nümayəndə heyəti Kəlbəcər və Gəncədə olub

Lamiyə Turqay
Last updated: İyul 22, 2026 12:16 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfəri çərçivəsində Kəlbəcər və Gəncə şəhərlərində olub.

İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, səfər zamanı qonaqlar Kəlbəcər şəhəri və İstisu ərazisində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yaxından tanış olublar. Onlara bölgədə icra olunan infrastruktur layihələri, sosial-iqtisadi inkişaf istiqamətində görülən tədbirlər və dayanıqlı məskunlaşmanın təmin olunması barədə ətraflı məlumat təqdim edilib.

Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev nümayəndə heyətinə rayonda həyata keçirilən quruculuq işləri, yaradılan müasir infrastruktur, əhalinin mərhələli şəkildə doğma torpaqlara qayıdışı və gələcək inkişaf perspektivləri barədə geniş məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərsalma prinsipləri əsasında bərpa və quruculuq işləri ardıcıl şəkildə davam etdirilir.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Gəncə şəhərində də olub. Qonaqlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət ediblər. Onlara Gəncəyə edilən raket hücumları, dinc əhaliyə qarşı törədilmiş faciələr və bu hadisələrin ağır nəticələri barədə ətraflı məlumat verilib.

Şəhərlə tanışlıq çərçivəsində nümayəndə heyəti Gəncənin tarixi və mədəni irsini əks etdirən Şah Abbas Məscidini, İmamzadə dini-memarlıq kompleksini və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.

Bununla da nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başa çatıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
ABŞ-dan Naxçıvanla bağlı açıqlama
“Ryanair” reysində kabus: Pəncərə partladı, sərnişin yaralandı
Dörd ölkədən regional təhlükəsizlik görüşü
Dubay Əmirinin qardaşı dəfn edildi
Share This Article
Facebook Email Print
Previous Article Məktəblərdə geyim qaydaları ilə bağlı yeni tələblər müəyyənləşdi
Next Article Rüfət Əhmədzadə vəfat etdi – Təcili
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?