İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İran, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin nümayəndələri arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub.
İclas İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaidə ev sahibliyi edib. Görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Səlman, Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak ediblər.
Bəyanatda bildirilib ki, tərəflər regionda sülh və təhlükəsizliyin təmin olunması da daxil olmaqla, dörd ölkə arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Dörd ölkədən regional təhlükəsizlik görüşü
Şərh edilməmiş
