Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqının 20-ci sessiyasında iştirak məqsədilə Azərbaycana səfər edəcək.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, səfər 23–24 iyun tarixlərində baş tutacaq. Bakıda Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə keçiriləcək konfrans çərçivəsində TBMM sədrinin müxtəlif mövzularda çıxış edəcəyi gözlənilir.
Tədbir zamanı o, həmçinin iştirak edən xarici parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri ilə ikitərəfli görüşlər keçirəcək. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən bu toplantı parlamentlərarası əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
