ABŞ-nin Orta Qərb bölgəsində baş verən güclü tornado və tufanlar ciddi dağıntılara səbəb olub.
İLKİNxeber.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraiti bir sıra ştatlarda yaşayış evlərinə, infrastruktur obyektlərinə və elektrik xətlərinə ziyan vurub. Təbii fəlakət nəticəsində bəzi ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb, minlərlə abonent isə işıqsız qalıb.
Yerli hakimiyyət orqanları zərərin miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.
