İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, beynəlxalq axtarışda olan iki təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycana ekstradisiya edilib.
Məlumata görə, Nahid Əlicanlı hərbi qulluqçu olduğu dövrdə xidmət yerini uzun müddət özbaşına tərk etməsi ilə bağlı cinayət işi üzrə axtarışa verilib.
Digər şəxs Renad Orucov isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən beynəlxalq axtarışa elan olunub.
Hər iki şəxs Rusiya ərazisində saxlanılıb və Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.
