Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərdə yeni mərhələ başlayır.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, son dövrlərdə tərəflər arasında əlaqələr daha da intensivləşib. Bu il Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlara başlanılıb.
Mariyana Kuyundziç qeyd edib ki, danışıqlar sentyabrın sonunda davam etdiriləcək.
Səfir həmçinin bildirib ki, tərəflər Tərəfdaşlıq Prioritetlərini də müzakirə edib və sənədin mətni ilkin olaraq razılaşdırılıb. Yeni sənədlərin “təmiz enerji”, ticarət və digər sahələrdə əməkdaşlıq üçün müasir və iddialı əsas yaradacağı gözlənilir.
Aİ və Azərbaycan münasibətlərində yeni mərhələ
Şərh edilməmiş
