Almaniyada Rusiyaya qarşı yönəlmiş uzaqmənzilli zərbə sistemlərinin yerləşdirilməsi Moskvanın ciddi reaksiyasına səbəb ola bilər.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Berlindəki səfirliyindən mənbə “Vedomosti”yə açıqlamasında bildirib.
Mənbənin sözlərinə görə, Almaniyada yerləşdiriləcək belə sistemlərin olduğu ərazilər Rusiya tərəfindən legitim hərbi hədəf kimi qiymətləndirilə bilər.
Diplomatik mənbə qeyd edib ki, Moskva öz təhlükəsizliyini təmin etmək üçün hərbi planlaşdırma zamanı bu cür silahların Almaniyada yerləşdirilməsi ehtimalını nəzərə alacaq.
Məlumata görə, Almaniyada Rusiyaya qarşı yönəlmiş ilk uzaqmənzilli sistemlərin yerləşdirilməsinə 2027-ci ildə başlanması planlaşdırılır. Prosesin 2030-cu illərin ortalarına qədər davam edəcəyi bildirilir.
Diplomatların açıqlamasına əsasən, sözügedən sistemlərin uçuş məsafəsi 2 min kilometrədək ola bilər.
