İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın müharibəyə öz iradəsi ilə başlamadığını bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan və onun arxasında dayanan qüvvələr Azərbaycanın suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini gözləməyiblər.
İlham Əliyev vurğulayıb ki, Azərbaycanın azadlıqsevər, milli adət-ənənələrinə və mənəvi dəyərlərinə bağlı xalqının xarakterini düzgün qiymətləndirməyənlər yanılıblar.
