İspaniyanın Seuta muxtar şəhərinə qeyri-qanuni yolla keçməyə çalışan miqrantlarla bağlı faciəvi statistika açıqlanıb.
ilkinxeber.az informasiya agentliyinin araşdırmasına görə, “Caminando Fronteras” insan haqları təşkilatı 30 iyul–4 avqust tarixləri arasında Seuta və Mərakeş ərazisində ümumilikdə 141 miqrantın cəsədinin aşkar edildiyini bildirib. Təşkilatın məlumatına əsasən, həlak olan şəxslər Seutaya çatmağa cəhd göstərərkən həyatlarını itiriblər.
Rəsmi məlumatlara görə, iyul ayının sonunda təxminən 72 min qeyri-qanuni miqrant dəniz yolu ilə Seutaya keçməyə nail olub. Onların böyük hissəsi müəyyən prosedurlardan sonra geri qaytarılıb.
Miqrasiya marşrutlarında yaşanan bu cür hadisələr Aralıq dənizi və Şimali Afrika istiqamətində qeyri-qanuni keçidlərin nə qədər təhlükəli olduğunu bir daha nümayiş etdirir.
