İlkinxeber.az informasiya agentliyi məlumat verir ki uzun illər ərzində bir çox ölkələrdə bağlanan və ya başqa məqsədlər üçün istifadə edilən bunkerlər indi yenidən bərpa olunur, mülki müdafiə sistemləri gücləndirilir.
Xüsusilə ABŞ-də siyasi kursun dəyişməsi və NATO ilə bağlı müzakirələrin artması Avropanı daha müstəqil təhlükəsizlik strategiyası qurmağa sövq edir. Ekspertlər bildirir ki, qitə artıq mümkün riskləri nəzərə alaraq həm hərbi hazırlığı artırır, həm də əhalinin fövqəladə hallara hazırlığını gücləndirir.
Analitiklərin fikrincə, Baltikyanı ölkələr və Polşa potensial risk zonası hesab edilir. Bununla yanaşı, Avropa ölkələri müasir müharibələrin yalnız cəbhədə deyil, mülki infrastruktur üzərindən də aparıldığını nəzərə alaraq sığınacaqların rolunu artırır.
Ekspertlər vurğulayır ki, bu addımlar panika deyil, daha çox qabaqlayıcı və praqmatik təhlükəsizlik tədbirləridir. Yeni yanaşmaya görə, artıq yalnız güclü ordu kifayət etmir – mülki infrastrukturun dayanıqlığı və əhalinin hazırlığı da əsas prioritetlərdəndir.
