By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
Ölkə

Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi

Lamiyə Turqay
Last updated: İyul 16, 2026 11:23 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Azərbaycanda yaşayış və qeyri-yaşayış obyektləri üçün parklanma yerlərinin minimal sayına dair yeni məcburi kvotalar təsdiq olunub.

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Yeni qaydalara əsasən, tikinti obyektləri üzrə parklanma yerlərinin sayı əhalisi 50 min nəfərədək olan yaşayış məntəqələrində 50%, 50–100 min nəfər arası olan məntəqələrdə isə 25% azaldıla bilər. Qeyd edək ki, bu kvotalar kənd yaşayış məntəqələrinə (Abşeron rayonunun kəndləri istisna olmaqla) şamil edilmir.

Sənədə əsasən, tikinti obyektlərinə aid parklanma yerləri yalnız həmin obyektin istifadəçiləri üçün nəzərdə tutulur və başqa məqsədlər üçün istifadəsinə icazə verilmir.

Çoxmənzilli yaşayış binalarında yeraltı parklanma yerlərinin sayı ümumi yerlərin ən azı 50%-ni təşkil etməlidir. Eyni zamanda, tikinti obyektləri metro, tramvay və ya dəmiryol stansiyalarına 400 metr məsafədə yerləşdikdə (yaşayış binaları istisna olmaqla), parklanma yerlərinin 30%-ə qədər azaldılmasına icazə verilir.

Yeni tələblərə görə, parklanma yerlərinin sayı 50 və daha çox olan obyektlərdə ən azı 5% elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri ayrılmalıdır. Bu yerlərdə digər nəqliyyat vasitələrinin saxlanılması qadağandır.

Minik avtomobilləri üçün bir parklanma yerinin minimal ölçüsü 2.3 metr en və 5 metr uzunluq olaraq müəyyən edilib. Avtobuslar üçün isə bu göstəricilər minimum 3 metr en və 8.5 metr uzunluq təşkil etməlidir.

Bundan əlavə, müxtəlif obyektlər üzrə parklanma normaları da təsdiqlənib. Belə ki:

Çoxmənzilli binalarda hər mənzil üçün 1 yer, 180 kv.m-dən böyük mənzillər üçün isə 1.3 yer ayrılmalıdır;

Fərdi yaşayış evləri üçün hər evə 1 yer nəzərdə tutulur;

Dövlət qurumları üçün hər 75 kv.m sahəyə 1 yer;

Xəstəxanalar üçün hər 5 çarpayıya 1 yer;

Restoranlar üçün hər 50 kv.m sahəyə 1 yer;

Şadlıq sarayları üçün hər 30 kv.m sahəyə 1 yer;

Stadionlar üçün hər 20 tamaşaçı yerinə 1 parklanma yeri ayrılmalıdır.

Həmçinin çimərliklər və parklar üçün hər 100 ziyarətçiyə 15 parklanma yeri nəzərdə tutulur.

Qərara əsasən, tikinti obyektinin təyinatı dəyişdirildikdə, yeni təyinat üzrə parklanma yerlərinin sayı da müəyyən olunmuş normalara uyğunlaşdırılmalıdır.

İlham Əliyevdən Səhiyyə Nazirliyi ilə bağlı yeni sərəncam
Quru Qoşunlarının iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir
İlkin Şakiroğlu… Biləsuvar–Cəlilabad yolunda bitməyən əzab
Bu gün Azərbaycan Polisi Günüdür: 108 illik xidmət tarixi
Sabah Bakıda və bölgələrdə güclü külək gözlənilir: Sarı xəbərdarlıq
Share This Article
Facebook Email Print
Previous Article “Vestri” – “Qarabağ” oyununun televiziya yayımı sual altına düşüb.
Next Article Avropada bunker hazırlıqları artır – Rusiya təhlükəsi yenidən gündəmdə
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?