İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, “CBC Sport” telekanalı qarşılaşmanın yayımlanmaya biləcəyini açıqlayıb. Buna səbəb İslandiyada yayım hüquqlarına sahib olan şirkətin həddindən artıq yüksək və qeyri-adi tələblər irəli sürməsidir.
Telekanal qeyd edib ki, indiyədək belə hallarla rastlaşmayıblar. Hazırda tərəflər arasında danışıqlar davam edir və məsələ ilə bağlı yaxın günlərdə rəsmi açıqlama veriləcəyi gözlənilir.
