İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Xətai rayonunda, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobilinin texniki nasazlığı səbəbindən nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Nasaz yük maşını yolun hərəkət hissəsində qaldığından prospektin mərkəz istiqamətində avtomobillərin hərəkəti çətinləşib.
