İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Güzdək qəsəbəsində yerləşən daş karxanasında ölüm hadisəsi baş verib.
Hadisə zamanı karxanada fəhlə işləyən, Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyevin ayağı qurğuya ilişərək xəsarət alıb.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
