İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, avqustun 17-də saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı “Mercedes” markalı minik avtomobili ilə “Iveco” markalı yük avtomobili toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
