İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, məşhur repçi Nəvai Bəkirovun Moldovanın paytaxtı Kişinyovda oktyabrın 16-na planlaşdırılan konserti dekabrın 8-nə təxirə salınıb.
Konsertin təxirə salınmasına sənətçinin oktyabrın 14-də Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığına cəhddə şübhəli bilinərək saxlanılması səbəb olub.
Faktla bağlı cinayət işi başlanıb. Repçi müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
