ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ağsu rayonunun Kalva kəndində meşə yanğınına səbəb olan şəxs saxlanılıb.
Sentyabrın 28-də fermaya məxsus həyətyanı sahədə başlayan yanğın daha sonra yaxınlıqdakı meşəlik əraziyə keçib. Nəticədə təxminən 30 hektar sahədə ağac və kol-kos yanıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yanğının ehtiyatsızlıq səbəbindən baş verdiyi müəyyən edilib və hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Fakt üzrə araşdırma davam etdirilir.
Ağsuda meşəni yandıran şəxs saxlanıldı
Şərh edilməmiş
