İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində 24 yaşlı qadın bədbəxt hadisə nəticəsində bıçaq xəsarəti alıb.
Məlumata görə, qadın evin pilləkənlərindən yıxılarkən əlindəki mətbəx bıçağı ehtiyatsızlıqdan qarnına batıb.
Yaralı xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
İlkin məlumata əsasən, hadisə qadının yaxınları ilə birlikdə turşu hazırladığı vaxt baş verib. Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda qadın bıçaq xəsarəti aldı
Şərh edilməmiş
