Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən daha bir tiktoker məsuliyyətə cəlb olunub.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, 25 yaşlı Melisa Əhmədova (şərti adla) “TikTok” platformasında özünə məxsus “melisa__591” hesabı vasitəsilə canlı yayım açaraq qeyri-etik və əxlaqa zidd ifadələr səsləndirib. Onun bu davranışı ictimai mənəviyyata təhqir və cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilib.
Məlumata görə, Melisa Əhmədova polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə o, 600 manat məbləğində inzibati cərimə edilib.
