Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
Milli Hidrometeorologiya Xidməti avqustun 8-9-da ölkənin bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası, eləcə də Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarında cənub-şərq küləyinin əsəcəyi gözlənilir.
Məlumata görə, küləyin sürəti 13.9–20.7 m/san arasında dəyişəcək ki, bu da sarı xəbərdarlıq meyarlarına uyğundur.
