“ilkinxeber.az” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və aidiyyəti qurumların yaydığı məlumata əsasən, yeni marşrut üzrə sürücülər üçün bir sıra yeniliklər tətbiq olunub.
Bildirilib ki, vətəndaşlar üçün ödənişsiz alternativ marşrut da mövcuddur. Belə ki, sürücülər istədikləri halda Zəfər Yolundan tam ödənişsiz istifadə edə bilərlər.
Qeyd olunub ki, yeni ödənişli yol alternativ marşrutla müqayisədə 19,7 kilometr daha qısadır. Bundan əlavə, yolda sürət həddinin yüksək olması sürücülərə həm vaxta, həm də yanacaq sərfiyyatına qənaət etməyə imkan yaradır.
Tarif Şurasının qərarına əsasən, gediş haqları nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun müəyyənləşdirilib:
• Motosikletlər üçün – 1 km-ə 4,65 qəpik
• Minik avtomobilləri üçün – 1 km-ə 6,1 qəpik (ümumi məbləğ təxminən 4,96 manat)
• Avtobuslar üçün – 1 km-ə 7,1 qəpik (ümumi məbləğ 5,77 manat)
• Qoşqulu və çoxoxlu yük maşınları üçün – 1 km-ə 17,7 qəpik (ümumi məbləğ 14,39 manat)
Məlumata görə, Hacıqabul–Horadiz–Ağbənd magistralından başlayan yeni yol Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını bir-biri ilə birləşdirir.
Toplanan vəsaitlərin gələcəkdə ödənişli magistralların, eləcə də respublika əhəmiyyətli digər yolların saxlanılması və təmiri üçün istifadə olunacağı bildirilib.
