By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: İki gəncin ölümünə görə həbs edilən sürücü ev dustaqlığına buraxıldı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Hadisə > İki gəncin ölümünə görə həbs edilən sürücü ev dustaqlığına buraxıldı
Hadisə

İki gəncin ölümünə görə həbs edilən sürücü ev dustaqlığına buraxıldı

İlkin Şakiroğlu
Last updated: Oktyabr 27, 2026 12:50 axşam
By İlkin Şakiroğlu
1 Min Read
Share
SHARE

Abşeron rayonunun Masazır qəsəbəsində iki gəncin ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunan sürücü üç gün sonra ev dustaqlığına buraxılıb.

ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, oktyabrın 11-də gecə saatlarında Masazır qəsəbəsində, Duz gölünün yaxınlığında “KIA Rio” markalı avtomobillə motosiklet toqquşub. Qəza nəticəsində motosikletdə olan 21 yaşlı Allahverən Məlikov və 19 yaşlı Fərid Yusifzadə hadisə yerində həyatlarını itiriblər.

İlkin araşdırma zamanı motosikleti idarə edən Allahverən Məlikovun sürücülük hüququnun olmadığı müəyyən edilib.

Qəza ilə əlaqədar avtomobilin sürücüsü Araz Mürsəlli Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Abşeron Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Lakin Sumqayıt Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin edərək həbs qətimkan tədbirini dəyişdirib. Hakim Elçin Məmmədov qərar qəbul edərkən təqsirləndirilən şəxsin istintaqdan yayınmamasını, ekspert rəyinin hələ hazır olmamasını və qəzanın başvermə şəraitinin tam aydınlaşdırılmamasını əsas götürüb.

Nəticədə Araz Mürsəlli ev dustaqlığına buraxılıb.

Qəzada həyatını itirən gənclərin yaxınları məhkəmənin qərarından narazıdırlar. Onlar təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını və tərəflər arasında barışıq əldə edilmədiyini bildirirlər.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. İrəli sürülən ittiham təsdiqini taparsa, Araz Mürsəllini 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

“Beautytime” işi: 300 min manat və bahalı saat qalmaqalı
Zərdabda yol qəzasında xəsarət alan sürücü xəstəxanada öldü
Asfalt çökdü, sürücülərə xəbərdarlıq edildi
Arzumun məhkəmə zalında həbsi tələb olundu
Torpaq mafiyası məhkəmə qarşısında
Share This Article
Facebook Email Print
Previous Article Kəşmirin qara günü” tədbirində Azərbaycanın mövqeyi yüksək qiymətləndirilib
Next Article İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?