Bakı-Şamaxı avtomobil yolunun Cəngi kəndi ərazisindən paytaxt istiqamətinə olan hissəsində asfalt qatının çökməsi qeydə alınıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, yaranmış problem nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb və sürücülər üçün ciddi təhlükə formalaşdırıb.
Hazırda sözügedən ərazidə vəziyyətin aradan qaldırılması üçün müvafiq tədbirlərin görüləcəyi gözlənilir. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) müdaxiləsi tələb olunur.
Sürücülərə həmin istiqamətdə hərəkət edərkən diqqətli olmaları tövsiyə olunur.
