İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, qəza Xaçmaz-Xudat avtomobil yolunda qeydə alınıb. Rayon sakini Hüseyn Elsevər oğlu Məmmədov idarə etdiyi VAZ-2106 markalı, 27-BT-763 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sükan arxasında nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılaraq körpüdən Qudyalçaya düşüb.
Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
