İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib.
30 yaşlı İlkin Baxışov gecə saatlarında yaşadığı evdə şüşəni yumruqla sındırıb. Nəticədə onun qolundan xəsarət aldığı bildirilib.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
