İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Tovuz rayonunda 26 yaşlı, üç uşaq anası Lamiyə Cəlilova itkin düşüb.
Məlumata görə, Lamiyə Cəlilova avqustun 6-da saat 10:00–11:00 radələrində Qazıqulu kəndində yerləşən ata evindən çıxıb. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb.
Hadisə barədə polisə məlumat verilib və hazırda qadının tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Ailə Lamiyə Cəlilova barədə hər hansı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara məlumat vermələrini xahiş edir.
