İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Paytaxt və yarımadada gecə saatlarında temperatur 21-24°, gündüz isə 28-32° isti olacaq.
Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bununla belə, gün ərzində dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Rayonlarda gecə temperaturu 20-25°, gündüz 31-36° isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 12-17°, gündüz 20-25° isti olacaq.
