Gəncənin Poçt qəsəbəsində yerləşən restoranlardan birində baş verən kütləvi dava ilə bağlı yeni təfərrüatlar məlum olub.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, 1983-cü il təvəllüdlü Azər Yusifov mübahisə edən şəxsləri ayırmağa çalışarkən bıçaq xəsarəti alıb. O, aldığı ağır yaralardan hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, A.Yusifov ailəli olub və iki övlad atası idi.
Qeyd edək ki, hadisə bir neçə nəfər arasında yaranan mübahisədən başlayaraq sonradan kütləvi davaya çevrilib. İnsident zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
