Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, ölkə Avropa Şurası ilə bağlı gələcək əməkdaşlıq formatını yenidən qiymətləndirir və bu təşkilatdan tam çıxmaq məsələsi nəzərdən keçirilir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycanın milli maraqları və suverenliyi hər zaman prioritet təşkil edir. Bu baxımdan beynəlxalq təşkilatlarla münasibətlər də məhz bu prinsiplər əsasında qurulur.
Prezident vurğulayıb ki, əgər hər hansı təşkilat Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirərsə və ölkənin maraqları nəzərə alınmazsa, rəsmi Bakı alternativ addımlar atmaq hüququnu özündə saxlayır.
Qeyd edək ki, Azərbaycan və Avropa Şurası arasında münasibətlər son dövrlərdə müxtəlif səbəblərdən gərginləşib və bu məsələ ölkənin siyasi gündəmində mühüm yer tutur
