Yaşar Gülerdən NATO müttəfiqlərinə çağırış: “Avropalı müttəfiqlərimiz daha çox məsuliyyət almalıdır”
Türkiyənin milli müdafiə naziri Yaşar Güler NATO müttəfiqlərinin üzərinə düşən öhdəliklərlə bağlı açıqlama verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Yaşar Güler Münhen Təhlükəsizlik Konfransı ilə SETA Fondunun birgə təşkil etdiyi “Müttəfiqlər Ankarada” proqramında NATO Sammiti ilə bağlı fikirlərini bölüşüb.
Nazir bildirib ki, NATO mühüm mərhələdən keçir və Avropalı müttəfiqlər daha çox məsuliyyət götürməlidirlər.
“5-ci maddəyə olan sadiqliyimiz dəyişməzdir və siyasi öhdəliklər etibarlı hərbi qüvvə ilə təmin ediləcək. Avropalı müttəfiqlərimiz daha çox məsuliyyət almalıdır. Bu məsələdə Türkiyənin təcrübəsi olduqca böyük əhəmiyyət kəsb edir”, – deyə Yaşar Güler qeyd edib.
