Əraqçı: Heç kim İranın ABŞ-a qarşı belə müqavimət göstərə biləcəyini düşünmürdü
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsinin ABŞ-a qarşı göstərdiyi müqavimətin bir sıra ölkələrin rəsmiləri tərəfindən təəccüblə qarşılandığını bildirib.
Əraqçının sözlərinə görə, müxtəlif ölkələrin xarici işlər nazirləri və digər rəsmi şəxsləri İranın müqavimət imkanlarını gözlənilməz hesab etdiklərini ifadə ediblər.
“Bunu dəfələrlə xarici işlər nazirlərindən və digər ölkələrin rəsmilərindən eşitmişəm. Onlar bildiriblər ki, iranlılar möcüzə yaradıb və bütün dünyanı təəccübləndirib. Heç kim İranın ABŞ-a bu şəkildə müqavimət göstərə biləcəyini düşünmürdü”, – deyə Əraqçı qeyd edib.
