30 sentyabr–2 oktyabr tarixlərində Bakı şəhərində 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – “ADEX 2026” keçiriləcək.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sərgi Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
Müdafiə sənayesi və təhlükəsizlik sahəsində regionun mühüm tədbirlərindən biri hesab olunan “ADEX 2026” çərçivəsində müasir silah sistemləri, hərbi texnologiyalar, pilotsuz uçuş aparatları, zirehli texnika, aviasiya və dəniz sistemləri, radioelektron vasitələr və digər müdafiə sənayesi məhsulları nümayiş etdiriləcək.
Sərgidə Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən dövlət qurumları ilə yanaşı, müxtəlif ölkələrdən tanınmış şirkətlərin və nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində həmçinin panel müzakirələri, işgüzar görüşlər və müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “ADEX 2026” ilə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi – “Securex Caspian 2026” da keçiriləcək.
