Xəbər verdiyimiz kimi, ötən gün 14 yaşlı Nicat Şərifzadə Mingəçevir şəhəri ərazisindən keçən Qarabağ kanalında batıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumat əsasında dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Hazırda 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
