By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Gürcüstan Bakı–Tbilisi qatarının əlavə reysinə hazır deyil
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Gürcüstan Bakı–Tbilisi qatarının əlavə reysinə hazır deyil
Dünya

Gürcüstan Bakı–Tbilisi qatarının əlavə reysinə hazır deyil

Lamiyə Turqay
Last updated: Avqust 6, 2026 5:32 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Gürcüstan Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə qatar reysinin təşkilinə hələlik hazır deyil.

ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə qatar reysi üçün hazırlıqlar tamamlanıb və qatar tam hazır vəziyyətə gətirilib. Lakin Gürcüstan tərəfi bu əlavə reysi qəbul etməyə hələ hazır deyil.

Onun sözlərinə görə, bunun əsas səbəbi Gürcüstan ərazisində mövcud olan texniki çətinliklərdir. Belə ki, qatarların stansiyalarda manevr etməsi və hərəkətinin təmin olunması zamanı elektrik təchizatı ilə bağlı problemlər yaranır. Bundan əlavə, Gürcüstan sərhəd xidməti də əlavə reys üzrə sərnişin yoxlamalarını həyata keçirmək üçün hələ tam hazır vəziyyətdə deyil.

Eldəniz Cəfərov qeyd edib ki, son dövrlərdə Gürcüstan tərəfində sərhəd yoxlamalarının müddəti də uzanıb. Bu isə ümumilikdə qatarların hərəkətində gecikmələrə səbəb olur.

“Elektrik təchizatı ilə bağlı problemlər də qatarların qrafikdən geri qalmasına təsir edir. Azərbaycan tərəfi əlavə reysi təşkil etmək üçün bütün hazırlıqları görsə də, Gürcüstan tərəfinin hazır olmaması səbəbindən proses ləngiyir”, – deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarı pandemiya səbəbindən 2020-ci ilin mart ayında dayandırılmışdı. Uzun fasilədən sonra marşrut üzrə sərnişin daşımaları 2026-cı il mayın 26-dan etibarən yenidən bərpa olunub.

Xatırladaq ki, son günlər Gürcüstanda müşahidə olunan genişmiqyaslı elektrik enerjisi problemləri də dəmir yolu nəqliyyatına təsir göstərib və bu səbəbdən qatarların hərəkətində gecikmələr qeydə alınıb.

Cənubi Qafqazda yeni era: Vaşinqton razılaşmasının gizli gücü
Türkiyədə meşə yanğınları: 202 nəfər təxliyə edildi
“Azeri Light” 81 dolları keçdi – neft bahalaşır
Türkiyə hərbi tarixində yeni səhifə: İlk qadın general təyin edildi
🇦🇿 28 MAY – MÜSTƏQİLLİK GÜNÜ
Share This Article
Facebook Email Print
Previous Article Tiktoker Bənizə 10 il 3 ay həbs cəzası verildi
Next Article Tərtərdə faciənin dəhşətli səbəbi üzə çıxdı
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?