İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan şəxslər saxlanılıb.
Məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə. Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfərin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılması təmin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
