Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.
2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
