İlkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Sabunçu rayonunda baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.
Belə ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq öldüyü və hadisənin intihar olması barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən aralarında yaranan münaqişə zamanı bıçaqla öldürülüb.
A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
