Azərbaycan Respublikasının Media və Yayım Şurasına sədr və üzvlər təyin olunub.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib.
Şuranın üzvləri isə Məhəmməd İzzət oğlu Abdullayev, Aynur Əliövsət qızı Bəşirli, Rəqsanə Tofik qızı Kərimova, Fərhad Rauf oğlu Məmmədov, İlkin İlqar oğlu Nadirov və Fazil Hacıverdi oğlu Novruzov müəyyənləşdirilib.
