Batumidən Türkiyənin Ordu-Giresun hava limanına uçan ikinəfərlik özəl təyyarə Rize vilayətinin Pazar rayonu yaxınlığında dənizə məcburi eniş edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisəyə ilkin olaraq təyyarədə yaranan texniki nasazlığın səbəb olduğu bildirilir.
Təyyarədən təhlükə siqnalı daxil olduqdan sonra Türkiyə Sahil Mühafizəsinin xilasetmə qrupları dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində təyyarədə olan iki nəfər təhlükəsiz şəkildə sudan çıxarılıb.
Onlar ehtiyat tədbiri olaraq Kaçkar Dövlət Xəstəxanasına yerləşdiriliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Batumidən qalxan təyyarə dənizə endi
Şərh edilməmiş
