İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu gün saat 09:30 radələrində Bakı–Şamaxı yolunda xidmət aparan YPX Alayının III taqımının əməkdaşları hərəkətdə olan “Ford” markalı avtomobildə tüstülənmə müşahidə ediblər.
Əməkdaşlar avtomobili stasionar postda saxlayaraq yoxlama aparıblar. Bu zaman nəqliyyat vasitəsində yanğın baş verdiyi müəyyən olunub.
YPX əməkdaşlarının çevik müdaxiləsi nəticəsində sürücü Kənan Abdullayev və səhhətində problem olan atası dərhal avtomobildən çıxarılıb.
Daha sonra alov söndürülüb və avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.
Hadisə zamanı YPX əməkdaşlarının operativliyi ata və oğulun təhlükəsiz şəkildə xilas edilməsinə imkan verib.
YPX əməkdaşları ata və oğulu yanan avtomobildən xilas etdi
Şərh edilməmiş
