İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv yağış, şimşək və güclü şimal-qərb küləyi gözlənilir. Yağıntıların gecə və səhər saatlarında daha güclü olacağı ehtimal edilir.
Bakıda temperaturun gecə 13-15°, gündüz 15-17° isti olacağı bildirilir.
Rayonlarda da leysan yağış, şimşək, bəzi ərazilərdə dolu, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək.
Rayonlarda temperatur gecə 12-16°, gündüz 16-20°, dağlıq ərazilərdə isə gecə 2-5°, gündüz 5-8° isti olacaq.
