İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Dubaydan da keçən “GFS Pride” adlı konteyner gəmisinin Hörmüz boğazında hücuma məruz qalaraq batdığı barədə məlumatlar yayılıb.
İddialara görə, gəmidə 2 500-dən çox konteyner olub. Daşınan yüklər arasında Dubaydan göndərilən “iPhone” telefonları və bahalı ətirlərin də olduğu bildirilir.
Məlumat təsdiqlənərsə, hadisə milyonlarla dollar dəyərində yükün itirilməsi ilə nəticələnə bilər.
Lakin gəminin batması, hücumun səbəbi və daşınan yüklərin tərkibi ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.
