Bakıda və Abşeron yarımadasında bu gün hava dəyişkən buludlu olacaq. Gün ərzində bəzi ərazilərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensivləşəcəyi və şimşək çaxacağı ehtimal olunur. Səhər saatlarından etibarən cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında isə mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
🌡️ Temperatur:
Gecə: 16–19°C
Gündüz: 20–24°C
💧 Nisbi rütubət: 70–80% təşkil edəcək.
Bölgələrdə hava necə olacaq?
Azərbaycanın əksər rayonlarında hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Bəzi yerlərdə yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi rayonlarda duman müşahidə oluna bilər. Mülayim qərb küləyi əsəcək, bəzi ərazilərdə arabir güclənəcək.
🌡️ Rayonlarda temperatur:
Gecə: 14–17°C
Gündüz: 23–28°C
Dağlıq ərazilərdə gecə: 5–10°C
Dağlıq ərazilərdə gündüz: 13–18°C
⚠️ Xəbərdarlıq: Milli Hidrometeorologiya Xidməti mayın 25-də Bakı və Abşeron yarımadasında, həmçinin bəzi bölgələrdə küləkli və yağıntılı hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb.
