İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin özünü müdafiə etməyə hazır olduğunu bildirib.
Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranın müqavimət imkanlarını düzgün qiymətləndirmir.
Əraqçi Vaşinqtonun sülh istədiyinə inanmadıqlarını qeyd edərək, Ağ Evin həm razılaşmaya maraq göstərmədiyini, həm də təhdidlərini davam etdirdiyini vurğulayıb.
O, həmçinin Hörmüz boğazının həm region, həm də dünya iqtisadiyyatı üçün əvəzolunmaz əhəmiyyət daşıdığını bildirib.
