İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində 2001-ci ildə Bakıda törədilmiş qətlin üstü açılıb.
Məlumata görə, iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
